DataLife Engine > dunya > Özbəkistanlılara ŞƏT sammiti zamanı Səmərqəndə səfərlərini təxirə salmağı tövsiyə edilib

Özbəkistanlılara ŞƏT sammiti zamanı Səmərqəndə səfərlərini təxirə salmağı tövsiyə edilib


5-09-2022, 06:26. Разместил: heqiqet Özbəkistanlılara ŞƏT sammiti zamanı Səmərqəndə səfərlərini təxirə salmağı tövsiyə edilib Səmərqənd Daxili İşlər İdarəsi sentyabrın 14-dən 17-dək şəhərə girişin məhdudlaşdırılacağını elan edib və Səmərqəndə səfər etməyi planlaşdıranlara səfərlərini başqa günə təxirə salmağı tövsiyə edib.
Bu tədbirlərin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammiti ilə əlaqədar həyata keçirildiyi bildirilir.
Bundan başqa, şəhərin 16 küçəsi avtomobillər də daxil olmaqla nəqliyyatın hərəkəti üçün bağlanacaq.
Səmərqənd hava limanı da sentyabrın 14-16-da bağlı olacaq.
Вернуться назад