Millətlər Liqası: Azərbaycan milli komandası son matçında qələbə qazandı
26-09-2022, 06:48. Разместил: heqiqet
Yığmamız Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
C liqasının 3-cü qrupunda yer alan Canni de Byazinin yetirmələri Qazaxıstanı qəbul edib.
Qonaqların bir saatdan çox azlıqda çıxış etdiyi görüşün ilk yarısında hesab açılmasa da, komandamız fasilədən sonra vurduğu 3 qolla ardıcıl üçüncü qələbəsini qazanıb.
Bununla da Azərbaycan yığması qrupu 10 xalla ikinci pillədə başa vurub.
Вернуться назад