Qaçqınkomun sifarişi ilə tikilən mənzillərin qiyməti bu qayda ilə müəyyən ediləcək
27-09-2022, 06:33. Разместил: heqiqet
Bu barədə məsələ “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nda əksini tapıb.
Qaydaya əsasən, mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.
Hərracın keçirilməsi məqsədilə Təşkilatçı tərəfindən 5 üzvdən – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydaya uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir. Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.
Вернуться назад