Qarabağda buğda istehsalı işə salınandan sonra Azərbaycan tələbatın yarısını təmin edə bilər
29-09-2022, 06:33. Разместил: heqiqet
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yerli buğda istehsalı ölkə tələbatının təxminən 25 faizini təmin edir.
"Biz hər il 1-1,1 milyon ton buğda idxal edirik. Hesab edirik ki, Qarabağda buğda istehsalı işə salınandan sonra yerli istehsal daxili tələbatın yarısını təmin edə biləcək və idxal azalacaq", - Ə.Məmmədov deyib.
Вернуться назад