DataLife Engine > iqtisadiyyat > Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb


7-10-2022, 07:03. Разместил: heqiqet Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 99,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,98 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,01 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 96,06 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.
Вернуться назад