Pakistanda evin damının çökməsi nəticəsində 9 nəfər ölüb
10-10-2022, 06:24. Разместил: heqiqet
Çilas şəhərində baş verən insident nəticəsində 8-i uşaq olmaqla 9 nəfər həlak olub. Onların meyitləri dağıntılar altından çıxarılıb.
Məlumata əsasən, evin damının çökməsinə səbəb dam örtüyünün bərbad vəziyyətdə olması göstərilir.
Qeyd edilir ki, Pakistanın baş naziri Şahbaz Şərif özünün "Twitter" səhifəsində həlak olanların ailələrinə başsağlığı verib.
Вернуться назад