İlon Mask "Twitter"lə razılaşmasına görə federal araşdırma altındadır
14-10-2022, 06:06. Разместил: heqiqet
Bu barədə "Bloomberg" agentliyi məhkəmə sənədinə istinadən bildirib.
"İlon Mask hazırda "Twitter"in alınması ilə bağlı davranışına görə federal araşdırma altındadır", - deyə şirkətin nümayəndələri bildirib.
Öz növbəsində, "Reuters" agentliyi qeyd edib ki, "Twitter" şirkəti bir neçə ay əvvəl İ.Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarının təqdim edilməsi barədə xahiş edərək sorğu göndərib, lakin yazışmalar təqdim edilməyib.
Вернуться назад