Dövlət Sosial Müdafiə Fondu ilə Özbəkistanın Büdcədənkənar Pensiya Fondu arasında Niyyət Protokolu imzalanıb
25-10-2022, 06:27. Разместил: heqiqet
Sənədi Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov və Özbəkistanın Büdcədənkənar Pensiya Fondunun icraçı direktoru Əbdüləziz Haydarov imzalayıblar.
Protokolda dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hər iki qurumun qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti ifadə olunur.
Sənəddə pensiya təyinatı, hesablanması, pensiya təminatı ilə bağlı qanunvericilikdə dəyişikliklər, bu sahədə təcrübə və məlumat mübadiləsi və s. kimi sahələrdə əməkdaşlıq istiqamətləri əksini tapır.
Вернуться назад