Bakıda Özbəkistanın “Xumo“ baleti təqdim edildi
18-11-2022, 06:47. Разместил: heqiqet
Teatrın vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən 179 nəfərlik yaradıcı heyətlə Bakıya gələn özbək həmkarlarımız noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun "Xumo" baletini təqdim etdi. Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş - Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.
Вернуться назад