DataLife Engine > siyaset > Prezident İlham Əliyev: Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq

Prezident İlham Əliyev: Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq


25-11-2022, 07:40. Разместил: heqiqet Prezident İlham Əliyev: Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq.
Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.
Вернуться назад