“F-16” məsələsində ABŞ-dan konkret addımlar gözləyirik - Hulusi Akar
9-12-2022, 06:42. Разместил: heqiqet
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada finlandiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bu məsələ ilə bağlı prosesi müsbət dəyərləndirən Hulusi Akar deyib: “Bu müsbət yanaşmalardan (ABŞ-ın qarşıdakı il üçün müdafiə büdcəsində “F-16” qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması) asılı olaraq indi ABŞ-dan müsbət və konkret addımlar gözləyirik”.
Təhlükəsizlik məsələlərində Türkiyənin tələblərini yaxşı başa düşdüklərini ifadə edən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen deyib: “Mülki insanlara qarşı həyata keçirilən terror aktlarını ən yüksək səviyyədə qınayırıq”.
Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlığa böyük üstünlük verdiklərini vurğulayan finlandiyalı nazir daha sonra vurğulayıb: “Finlandiya olaraq qətiyyətli şəkildə terrorun bütün hallarını rədd edir və qınayırıq”.
Вернуться назад