Ümummilli lider Heydər Əliyev xalqının yaddaşında qurucu və xilaskar kimi əbədi yaşayacaq
12-12-2022, 09:05. Разместил: heqiqet
Dr.Almaz AbdullayevaAzərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoymuşdur. Bu qüdrətli şəxsiyyətin öz vətənini müstəqillik epoxasına hazırlamaq və əldə edilmiş suverenliyi qoruyub saxlamaq missiyası çağdaş tariximizin məna və mahiyyətini təşkil edərək onun ən parlaq səhifələrinə çevrilmişdir. Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də həmişə ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir.
Azərbaycan xalqı hər il dekabrın 12-də Ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edir. Zaman bizi Ulu öndərin əbədiyyətə qovuşduğu o ağır və ağrılı gündən uzaqlaşdırdıqca onun zamana və məkana sığmayan nadir obrazı gözlərimiz önündə misilsiz bir möhtəşəmliklə canlanır. Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi, Azərbaycanın tarixi taleyi Ulu öndərin adı ilə sıx bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi.
Zaman bizi Ulu öndərin əbədiyyətə qovuşduğu o ağır və ağrılı gündən uzaqlaşdırdıqca onun zamana və məkana sığmayan nadir obrazı gözlərimiz önündə misilsiz bir möhtəşəmliklə canlanır. Xalqın Ulu Öndərə göstərdiyi böyük etimad və ehtiram hissləri müdrik rəhbərin dəfn mərasimində də bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirilmişdi. Bu, milyonlarla insanın öz rəhbərinə bəslədiyi səmimi hisslərin misli görünməmiş təzahürü idi.
Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu illər ərzində Azərbaycan bir çox uğurlar əldə etmiş, müstəqil dövlət kimi bərqərar olmuşdur. Bu proses həyatımızda çox şeyi dəyişdirib. Azərbaycan inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli energetika və nəqliyyat layihələri uğurla reallaşdırılmışdır.
Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir.
İndi qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın suverenliyini, müstəqilliyini qorumağa qadir olan, Ulu öndərin layiqli davamçısı, müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biridir.
Вернуться назад