Maskalı şəxslər qadını döyüb qızıllarını apardılar
18-12-2022, 21:11. Разместил: heqiqet
Hadisə dekabrın 18-də saat 02 radələrində baş verib.
İki nəfər naməlum şəxs Ağstafa şəhəri, N.Nərimanov küçəsi 9 ünvanındakı mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Onlar evdə tək olan Sahibə Ələkbərovanı hədələyərək və fiziki zor tətbiq edərək ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Maskalı şəxslər daha sonra ərazidən uzaqlaşıblar.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə iş açılıb.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Вернуться назад