DataLife Engine > hadise > Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb

Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb


19-12-2022, 20:00. Разместил: heqiqet Evinin qarşısında qumar mərasimi təşkil edən şəxslər aşkarlanıb.
Dİn-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub.
S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib.
Qərara əsasən 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.
Вернуться назад