Yunan-Roma güləşi üzrə yarışlarda daha beş nəfər ölkə çempionu oldu
21-12-2022, 19:26. Разместил: heqiqet
Yarışın ikinci günündə - dekabrın 21-də 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışda Nihat Məmmədli (60 kq), Həsən Məmmədli (67 kq), Azad Əliyev (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Beka Kandelaki (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, dekabrın 22-də 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Вернуться назад