Nizami rayonunda qanunsuz tikintinin qarşısı alınıb
27-12-2022, 20:17. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.
Вернуться назад