DataLife Engine > dunya > Braziliya prezidenti ayın sonuna qədər ölkədə fövqəladə vəziyyət elan edib

Braziliya prezidenti ayın sonuna qədər ölkədə fövqəladə vəziyyət elan edib


8-01-2023, 19:26. Разместил: heqiqet Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar günü keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları tərəfindən törədilən iğtişaşlardan sonra Braziliyada fövqəladə vəziyyət elan edib.
Bu barədə ölkə prezidenti jurnalistlərə açıqlamasında müvafiq fərmanı oxuyub.
O bildirib ki, kütləvi ictimai asayişin pozulmasının qarşısını almaq üçün paytaxt Federal Dairəsinə Federal Müdaxilə haqqında Fərman 31 yanvar 2023-cü il tarixinədək qüvvədə olacaq.
Onun sözlərinə görə, bu müddət ərzində federal hakimiyyət orqanları ictimai təhlükəsizlik orqanlarının idarə edilməsi funksiyalarını öz üzərinə götürəcək.
Qeyd edək ki, Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adam həbs edilib.
Bu barədə öz "Twitter" səhifəsində Federal dairəsinin qubernatoru İbaneys Roşa yazıb.
"Nəzərinizə çatdırıram ki, artıq 400-dən çox insan həbs edilib və törətdikləri cinayətlərin əvəzini ödəyəcəklər", - deyə İ.Roşa bildirib.
O qeyd edib ki, Braziliada terror aktları adlandırdığı iğtişaşların bütün iştirakçılarının müəyyən edilməsi istiqamətində iş davam edir.

Вернуться назад