DataLife Engine > sosial > Hacı Əfrasiyab Rəsul oğlu Əliyevin qənaətincə, vətənpərvərlik vətəni sevməkdən, öyrənməkdən, tanımaqdan və tanıtmaqdan ibarətdir

Hacı Əfrasiyab Rəsul oğlu Əliyevin qənaətincə, vətənpərvərlik vətəni sevməkdən, öyrənməkdən, tanımaqdan və tanıtmaqdan ibarətdir


16-01-2023, 10:22. Разместил: heqiqet
Adətən fazil insanlar həyata az-az gəlirlər... Allaha yaxınlıq isə insanı müqəddəsliyə aparır. Dünya yaranandan müqəddəslik Tanrının insanlara bəxş etdiyi ən böyük ali xüsusiyyətlərdən sayılır. Lakin bu xüsusiyyəti hər kəs əldə edə bilmir...
Hacı Əfrasiyab Allaha bağlı, ürəyi müqəddəslik alovu ilə bərkiyən bir insandır. Bu xüsusiyyəti ona təbii ki, Allah verib.
Xeyirxah adamlar Allahın vəd etdiyi müqəddəs həyatın ən kamil daşıyıcılarıdır. Xeyirxahlıq ilkindən başlanan həqiqi meyarların ən başlıcasıdır. Dədə-babalarımızdan üzü bəri cəmiyyətdə xeyirli məqsədlər birinci dərəcəli missiya hesab olunub. Bu gün də həmin missiya xeyirxah Tanrı bəndələrinin insanlığı sayəsində özünü qabarıq nümayiş etdirir. Bütün yüksək və nəcib insani keyfiyyətləri özündə birləşdirmiş Hacı Əfrasiyab xeyirxahlıq təcəssümü kamillik məqsədinə dəlalət edir. O, başladığı ilk yolun - birinci addımın sonunda böyük uğurun və xeyirin durduğunu qabaqcadan bilir; çünki addımlarını atmamış Allahdan xeyir-dua diləyir. Bu, onu xeyirxahlıq zirvəsinə aparan başlıca meyardır. Zəhmətkeş, sadə və təvazökar olması bir tərəfdən işə ürəkdən can yandırması ilə bağlıdırsa, digər tərəfdən Allaha bağlılığı ilə əlaqədardır.
Hacı Əfrasiyabın qənaətincə, vətənpərvərlik vətəni sevməkdən, öyrənməkdən, tanımaqdan və tanıtmaqdan ibarətdir. Əslində, mənəviyyatca zəngin olanlar, mənəvi zənginliyə qovuşmağı həyat amalı - ömür məqsədi seçənlər ancaq milli-mənəvi dəyərlərin keşiyində duran Vətən övladlarıdır. Mənəviyyatca zəngin olmaq arzusu ilə yaşayanlar, mənəvi zənginliyə qovuşmaq istəyənlər ancaq saf, pak qəlb sahibləridirlər. Əqli qüdrəti, şəxsiyyətcə bütövlüyü, aqilliyi, müdrikliyi, milli-mənəvi dəyərləri müqəddəs sayanlar mənən zəngin adamlardır. Məhz Hacı Əfrasiyab kimi adamlar öz ürəklərinin təpəri, dərin düşüncə tərzləri, xüsusi dərketmə qabiliyyəti, dərrakə qüdrətləri bahasına mənəvi zənginliyə qovuşurlar və xalqın hörmətini qazanırlar. Əsl insani keyfiyyətlər insanın məhz dözümlü, dəyanətli, mətin olması ilə özünü təzahür etdirir.
Hər bir işin özünəməxsus çətinliklərini, məsuliyyət hissini, bacarığını və xalqın qarşısında vətəndaşlıq borcunu dərk edərək vəzifə borcunu yerinə yetirmək hamıya nəsib olmur. Etiraf edək ki, bu istiqamətdə uğur qazanan insanlar da az deyil. Belələrindən biri dediyimiz kimi, Hacı Əfrasiyabdır. O, bacarıqlı, işgüzar, əməksevərdir, özünün əsl insan qayğısını heç kimdən əsirgəmir. Təbiətən xeyirxah, fitrətən fazil insandır. O, insanlıq deyilən uca zirvəni halal zəhməti ilə fəth edib. Bəlkə də bu səbəbdən, o, həyata nikbinliklə, tükənməz həyat eşqi, sevgi ilə yanaşır. Nə edirsə, böyük həvəslə, səylə, sevgi ilə edir. Bu, nəinki onun öz ailəsində, həmçinin, ətrafdakı insanlara qarşı münasibətində də aydın hiss olunur. Bu böyük ürək sahibi, əsl vətəndaşın bütün həyat və fəaliyyəti xalqına, vətəninə əvəzedilməz bir nümunə, örnəkdir.
Gülərüz, mehriban insan, ziyalı insan, həm də vətənpərvər, qədirbilən bir atadır. Onun atalıq qayğısı övladlarının həyat yaşantılarına rəng verir. O, əsl Azərbaycan kişisinə xas yüksək insani keyfiyyətləri özündə cəmləşdirib. Onun insanlığı xeyirxahlığın, şəfqətin zirvəsidir. Hacı Əfrasiyab içində modern duyğular çağlayır. İnsan qətiyyəti onu yüksəklərə çəkib. Onun həyatının ana xətti insanlıq qayəsidir və həm də onun insanlığı ictimai təsisat kimi mütləqləşib. Bu, həm də onun həyata baxışının spesifik təsvir predmeti kimi təsir bağışlayır. Nəhayət, insanlıq, ziyalılıq və vətəndaşlıq onun həyatının rəmzidir. Bunun da əsas məğzini bəşərə məhəbbət təşkil edir.
O, sülhsevər insandır. Çünki yaxşı bilir ki, sülhün mövcud olmadığı yerdə insanlıq məhv olur. Onun insanlıq zəminində öz təzahürünü tapan füsunkarlığı bir kateqoriya olaraq özünün həyati qayəsi baxımından zəkasının təhdidedici formulu kimi təsir bağışlayır. Hacı Əfrasiyab Allah hikmətinə qail olduğu üçün həmişə nicatda, tərəqqidə yüksəliş edir. Zaman tədbirli və ehtiyatlı insan kimi onu diqqət saxlayır. O, əxlaqı, davranışı ilə həmişə seçilib, hörmət qazanıb.
Xoşbəxt Tanrı bəndəsi, insanlığa zərgər dəqiqliyi ilə yanaşan bu insan barəsində deyilmiş fikir və rəylər onun xarakter cizgilərini çoxdan geniş auditoriyaya tanıtdırıb. Ən xoşagələn cəhət budur ki, o, Allaha istixarəsi ilə Onun lütf və yardımlarına ümidi artırır, hər bir duada hüsn-zənn və xoşbinliyi özündən kənar etmir. Bir atalar sözündə deyilir: “Cahil sərvət yığar, aqil hikmət”. Hacı Əfrasiyabın şəxsiyyətinə yaxından bələd olanlar yaxşı bilirlər ki, o, tərəzisi düz çəkməyən həyatdan, dinamik tarazlığı pozulmuş dünyadan, qloballaşma girdabında can verən cəmiyyətdən nə əldə edibsə, sərvət şəklində mövcud olduğu aləmə tuşlayıb - yəni, hikmət, müdriklik qazanıb. Bu “qazanc” onu insan qəlbini ehtizaza gətirən qüdrətli bir ata, bacarıqlı və işgüzar bir rəhbər kimi cəmiyyətə bəxş etmişdir.
Onun kimi atalar - şəxsiyyətlər yüksək vətəndaşlıq, hümanizm və ürək saflığının mücəssəməsi kimi əbədi yadda qalır, unudulmurlar. Bu baxımdan, nadir dühalar yetirən Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Hacı Əfrasiyab Rəsul oğlu Əliyev kimi övladları var.

İlkin Əzizxanoğlu
Вернуться назад