DataLife Engine > iqtisadiyyat > Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir - Peter Mixalko

Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir - Peter Mixalko


17-01-2023, 06:45. Разместил: heqiqet Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko bu gün “Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” Avropa İttifaqı Tvinninq Layihəsinin açılış mərasimind deyib.
O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir.
P.Mixalko layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağını vurğulayıb.
O əlavə edib ki, “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsi ümumilikdə ölkədə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.


Вернуться назад