Messi sosial şəbəkə hesabının dünya çempionatını qazandıqdan sonra bloklandığını açıqlayıb
31-01-2023, 07:04. Разместил: heqiqet
Bu barədə L.Messi "Marca" qəzetinə açıqlamasında bildirib.
"Bir milyon mesajım var idi və nəticədə məni blokladılar. Elə mesajlar var idi ki, oxumağa belə vaxtım olmadı. Digər idmançılardan belə münasibət çox xoşdur. Fotolara cavab yazmağı, şərh yazmağı çox sevmirəm, bacardıqca bəyənmələr qoyuram", - deyə L.Messi bildirib.
Xatırladaq ki, ötən il dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa komandasına qalib gələrək dünya çempionu tituluna sahib olub.
Lionel Messi turnirin ən yaxşı oyunçusu seçilib.
Вернуться назад