DataLife Engine > sosial > Laçın yolundan sülhməramlıların daha bir avtomobili maneəsiz keçid edib

Laçın yolundan sülhməramlıların daha bir avtomobili maneəsiz keçid edib


21-02-2023, 19:13. Разместил: heqiqet Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Toplanış yerində nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Вернуться назад