Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlandı
21-02-2023, 19:16. Разместил: heqiqet
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter hesabında paylaşım edib.
Humanitar yardım Türkiyəyə 15 təyyarə, 395 yük avtomobili və 25 qatar vaqonu vasitəsilə çatdırılıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Humanitar yardımla bağlı infoqrafika:
Вернуться назад