Bu gün Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarı elan ediləcək
21-02-2023, 19:26. Разместил: heqiqet
Qərar Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Qərarı iclasa sədrlik edəcək hakim Joan E.Donoghue oxuyacaq.
Qeyd edək ki, yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.
Вернуться назад