DataLife Engine > medeniyyet > Xətai Sənət Mərkəzində “DÜŞÜN VƏ YARAT!” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı

Xətai Sənət Mərkəzində “DÜŞÜN VƏ YARAT!” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı


3-03-2023, 16:43. Разместил: heqiqet Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan olunmuş “DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi 1 mart tarixində saat 16:00-da Xətai Sənət Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini xanım Gülşən Qəribli açaraq qonaqları salamladı. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasımın dosenti Emin Akifoğlu, Azərbaycan Dövlət Rəsm Qalereyasının Ekspozisiya və sərgilər şöbəsinin müdiri Elçin Hüseyn və Xətai Sənət Mətkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini bölüşdülər.
Tədbir sertifikatların təqdim olunması və şəkil çəkdirməklə davam etdi. Həmçinin fəal yaradıcılıq mərkəzləri təşəkkürnamə təltif olundu.
Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqənin yekun sərgisində rəsm əsərləri ilə bərabər müxtəlif materiallardan hazırlanmış tətbiqi sənət nümunələri ilə bərabər texnoloji sistemlərdə nümaiş olunurdu. Sərgi fərqi yaş qruplarının müxtəlif janrılarda ortaya qoyduğu rəngarəng əsərləri ilə yadda qaldı
Nəzərinizə çatdıraq ki, seçimlərdə müəllifin yaşı nəzərə alınmaqla ortaya qoyduğu yaradıcılıq əsas götürülmüş və ən əsası kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük verilmişdir. İlkin seçimlərdə 300-ə yaxın müxtəlif sənət nümunəsi sərgilənmək üçün seçilmişdir.
Sərginin onlayn kataloquna linkə
https://www.yumpu.com/xx/document/read/67530713/dusun-v-yarat-musabiqsind-tqdim-olunan-l-islri
daxil olmaqla baxmaq olar.

Вернуться назад