DataLife Engine > tehsil > Ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır - Nazir

Ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır - Nazir


13-03-2023, 10:57. Разместил: heqiqet Ali təhsil müəssisələrində idman həyatı ilə bağlı müəyyən addımlar atılmalıdır.
Bunu elm və təhsil naziri emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
O qeyd edib ki, burada söhbət böyük rəqəmlərdən getmir.
“Artıq ali təhsil müəssisələrində qəbul sayı 50 mindən artıqdır. Bu sayın da 60 minə yaxınlaşması nəzərdə tutulur. İl ərzində təxminən 400-500 istedadlı idmançıların universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla həm idmanın inkişafına, həm də Azərbaycan bayrağını yüksəklərə qaldırmağa töhfə vermiş olarıq”, - deyə nazir bildirib.
Вернуться назад