Bakıda texniki müayinədən keçməyən krandan istifadənin qarşısı alınıb
28-03-2023, 10:22. Разместил: heqiqet
FHN-dən aldığımız məlumata görə, yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.
Вернуться назад