DataLife Engine > idman > “Neftçi”nin müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq

“Neftçi”nin müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq


29-03-2023, 15:31. Разместил: heqiqet Azərbaycan millisinin heyətində “Avro-2024”ün seçmə mərhələsində Avstriya (1:4) ilə keçirilən oyunda zədələnən “Neftçi” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı 31 yaşlı orta sahə oyunçusunun sağ dizinin medial bağında birinci dərəcəli gərilmənin aşkarlandığını bildirib. Artıq müalicəsinə başlanan oyunçunun təxminən iki həftə komandadan ayrı qalacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu aprelin 1-də “Zirə”yə qarşı keçirəcək.
Вернуться назад