DataLife Engine > medeniyyet > Bakıda Litvanın "Başqa Arzuların Komandası" dramı nümayiş olunacaq

Bakıda Litvanın "Başqa Arzuların Komandası" dramı nümayiş olunacaq


31-03-2023, 11:46. Разместил: heqiqet Litvanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakı şəhərində Landmark otelində basketbol haqqında "The Other Dream Team" (Başqa Arzuların Komandası) sənədli filmi nümayiş olunacaq.
Litva sənədli filminin nümayişi aprelin 5-də saat 18:00-da keçiriləcək.
Filmin ssenari müəllifləri Marius A. Markeviçus və Con Veynbah, rejisorru isə Marius A. Markeviçusdur.
Film Litvanın müstəqilliyə doğru can atmasından bəhs edir və bunu əfsanəvi basketbolçuların tarixçəsi ilə ötürür. Filmin əsas xəttini ölkənin kişilərdən ibarət basketbol yığmasının bürünc medal qazandığı, Barselonada keçirilən 1992-ci il Olimpiadası təşkil edir.
Вернуться назад