Azərbaycan Basketbol Liqasında XXV turun növbəti oyunu keçirilib
10-04-2023, 11:47. Разместил: heqiqet
Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik” komandası “Neftçi”ni qəbul edib.
Görüşün üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən Bakı təmsilçisi 112:78 hesablı qələbə qazanıb.
Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olublar.
Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.
Вернуться назад