Ağdamda ayaqqabı istehsal olunacaq
10-04-2023, 12:05. Разместил: heqiqet
Bu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 15-ə çatıb.
"Sənaye parkında yeni rezident BAFCO İnvest MMC tərəfindən investisiya həcmi 10 mln. manat olan müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradılacaq və 120 nəfər işlə təmin ediləcək", - M.Cabbarov bildirib.
Вернуться назад