Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edildi - SƏRƏNCAM
14-04-2023, 12:20. Разместил: heqiqet
Atributinfo.az xəbər verir ki, sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
***
Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.
Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.
Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.
Вернуться назад