DataLife Engine > tehsil > “Heqiqet.az” saytı redaksiyasına MÜRACİƏT

“Heqiqet.az” saytı redaksiyasına MÜRACİƏT


14-04-2023, 12:59. Разместил: heqiqet “Heqiqet.az” saytının redaksiyasına
Bakı şəhər Yasamal rayonu,
175 saylı məktəbin müəllimi
Zərqələm Abbasova tərəfindən
MÜRACİƏT

Hörmətli redaksiya.
10 mart 2023-cü il tarixində sosial şəbəkələrdə “Yasamal rayonu 175 saylı məktəbdə 7 yaşlı uşaq müəllim tərəfindən döyülüb” başlıqlı material verilmiş və mənim şəklim də orada yerləşdirilmişdir. Məlumatlar sayta uşağın valideynləri tərəfindən verilmişdir. Həmin məlumatlarla bağlı Yasamal RPİ-nin polis bölməsi tərəfindən araşdırma aparılmış və valideynlərin sayta verdiyi məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Araşdırma ilə bağlı təhqiqatçının 31 mart 2023-cü il tarixli qərarı bu müraciətə əlavə olunur.
17 mart 2023-cü il tarixli 251 saylı ekspert rəyində uşağa heç bir xəsarət yetirilmədiyi qeydə alınmış, döyülmə faktı təsdiqini tapmamışdır.
Uşağın valideynləri də anlaşılmazlıq olduğunu etiraf etmiş və mənimlə barışıq üçün məktəb rəhbərliyinə müraciət edərək üzrxahlıqlarını bildirmişlər.
Yuxarıdakıları nəzərə alaraq, xahiş edirəm sosial şəbəkələrdə yayımlanmış, əslində yanlış, təsdiqini tapmamış materialla əlaqədar öz saytınızda bu məsələyə münasibət bildirəsiniz və sizə göndərdiyim Qərara əsasən Yasamal rayonu 175 saylı məktəbdə 7 yaşlı uşağın müəllim tərəfindən döyülməsi faktının həqiqətə uyğun olmadığını təqdir edəsiniz.

Hörmətlə,
Zərqələm Abbasova
13.04.2023

P.S. “Heqiqet.az” saytı olaraq Yasamal rayonu 175 saylı məktəbin müəllimi Zərqələm Abbasovanın ünvanımıza göndərdiyi müraciəti media subyektlərinə əsasən təqdir edir, bildiririk ki, hər hansı bir fakr və ya dəlil tərəfimizdən araşdırılır, məsələyə müvafiq polis orqanları və ya məhkəmə qərarları əsasında münasibət bildiririk. Zərqələm xanımın bizə göndərdiyi Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin 31 mart 2023-cü il tarixli Qərarda toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı göstərilir. Aidiyyatı orqan AR CPM-nin 39.1.2. 86.207.5.2 və 212-ci maddələrini əlində rəhbər tutaraq belə bir qərar verib.
“Heqiqet.az” saytı olaraq bir məsələyə də toxunaq ki, Yasamal rayonu 175 saylı məktəb haqda ara-sıra ürəkaçan, xoş təəssüratlı məlumatlar eşitmişik.

Вернуться назад