Şəhid anaları Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi müayinələrdən keçiblər
17-04-2023, 10:25. Разместил: heqiqet
Elmi-Tədqiqat Kardiologiya İnstitutundan verilən məlumata görə, otuzdan çox şəhid anası kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinələri və müasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.
Günün sonunda şəhid anaları üçün iftar süfrəsi verilib.
Вернуться назад