Ramazan xalqımızın müqəddəs bayramlarından biridir
21-04-2023, 13:10. Разместил: heqiqet
Əhalinin rifahının yaxşılaşdırılması İlham Əliyevin ən prioritet siyasi xətti olmuşdur. Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibələrinin birində deyir “Biz ya iqtisadiyyatı yada insanların sağlamlığını seçməli idik. Biz xalqın sağlamlığını seçdik, iqtisadiyyat bərpa oluna bilər” bu belə xalqın sağlamlığının İlham Əliyevin siyasətinin bir amalı Azərbaycan xalqının inkişafı sağlamlığı olduğu göstərilir. Bu illər ərzində ölkənin bütün rayonlarında yeni xəstəxanaların tikildi, ən müasir tibbi avadanlıqlar açıldı.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yol infrasturukduranda dünyanın ən lider ölkələrini belə keçərək ilk yerlərin sahibi olub. Yol quruculuğu, insanların rahat səyahəti, eyni zamanda ipək yolu daşınmaları yeni yollar vasitəsilə həm zamandan qənaət edir və təhlükəsiz tez zamanda məkana çatırlar. Həmçinin Azərbaycanın bütün şəhər və rayonları, mərkəzi küçə və prospektləri tarixi, milli-mənəvi dəyərlərin qorunması yenidən inşa edilib, yeni müasir üslubda binalar tikilib, ölkənin hər yerində insanların istirahəti üçün geniş park yerləri inşa edilib.
Respublikamızın müstəqilliyi bütövlüyü uğrunda gedən döyüşlərdə qanından canından keçən hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanın onlara diqqət və qayğısını hər an hiss edir. Şəhid ailələri və qazilərimizin sosial təminatını hər il daha da gücləndirilir, məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən evlər verilir, qazilərimizin sağlamlıqların bərpası üçün dövlət hesabına dünyanın ən yaxşı müasir xəstəxanalarında müalicəyə göndərilir.
Müzəffər Ali baş komandan İlham Əliyevin böyük qaydış üçün Qarabağımızda yenidən inkişafı üçün böyük addımlar atır və atmağa davam edir. Aparılan sürətli işlərin nəticəsidir ki, vətən torpağında dövlət hesabına yeni evlər tikilir, Qarabağa həyatın qayıdışı üçün böyük işlər görülür.
Xüsusi olaraq qeyd edək ki, Ali Baş Komandan Azərbaycanın 200 ildən sonra Zəfər qazanan tək lideri olaraq adını şanlı tariximizə yazdırdı. Rəşadətli ordumuzun gücü ilə qazanılan şanlı Zəfər ilham Əliyev diplomatiyası ilə gücləndirildi. Bu o diplomatiyadır ki, dünyanın ən güclü lobbilik fəaliyyətinə erməni lobbiçiliyinə qalib gəldi. Erməni faşizmini dünyaya tanədaraq xalqın birliyi ilə böyük zəfər qazandı.
Bi xoşbəxt xalqıq ki, Ali Baş Komandanımız cənab Rprezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızı azad etdik. Azərbaycanımızın hər yerində olduği kimi Qarabağda da Ramazan bayramı qeyd eilir.
Əziz Prezidentimizi və xalqımızı bu bayram münasibətilə təbrik edir. Ramazan bayramınız mübarək!

Yeganə Baxşəliyeva,
Bakı şəhəri general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı
Вернуться назад