Bakının Xəzər rayonunda transformator yanıb
17-05-2023, 11:10. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda transformatorun yağı və sarğıları, yaxınlıqdakı hər birinin sahəsi 3000 m² olan 2 ədəd anbarın 5 ədəd plastik pəncərə çərçivəsi və dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.
Anbarların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Вернуться назад