DataLife Engine > dunya > Hind okeanında gəmi batdı: 39 nəfərdən xəbər yoxdur

Hind okeanında gəmi batdı: 39 nəfərdən xəbər yoxdur


17-05-2023, 11:17. Разместил: heqiqet Çinin “Lupenglaiyuanyu 8” balıqçı gəmisi Hind okeanının mərkəzində batıb, 39 heyət üzvünün hamısı itkin düşüb.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, ekipajda Çinin 17, İndoneziyanın 17 və Filippinin 5 vətəndaşı olub.
Çin Sədri Si Cinpin və Baş nazir Li Syan xaricdəki çinli diplomatlara, eləcə də kənd təsərrüfatı və nəqliyyat nazirliklərinə mümkün sağ qalanların axtarışına köməklik göstərməyi tapşırıblar.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Gəmi “Penglaiyingyu Co”.Ltd” şirkətinə məxsus idi və Şərqi Şandun əyalətində yerləşib.
Вернуться назад