Özbəkistanda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb
18-05-2023, 13:41. Разместил: heqiqet
Bu barədə Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinə istinadən xəbər verilir.
Üzərində Ulu Öndər Heydər Əliyevin portretinin əks olunduğu poçt markası Azərbaycanda elan edilən "Heydər Əliyev İli" münasibətilə hazırlanıb.
Poçt markası Azərbaycan və Özbəkistanın muzeylərinə, həmçinin hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək, Özbəkistanda daxili və beynəlxalq dövriyyə üçün buraxılacaq.
Qeyd olunub ki, yaxın günlərdə özbək dilində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab işıq üzü görəcək, Özbəkistanın aparıcı universitetində isə Heydər Əliyev auditoriyasının açılışı nəzərdə tutulub.
Вернуться назад