DataLife Engine > sosial > Əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə artaraq 1 milyon 763 min 669-a çatıb

Əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə artaraq 1 milyon 763 min 669-a çatıb


19-05-2023, 12:17. Разместил: heqiqet Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan verir.
Bu ilin yanvar-aprel aylarında da ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 17,4 min müqavilə və ya 1 faiz artaraq 1 milyon 763 min 669-a çatıb.
Ardıcıl əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında mütəmadi artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-ci ilin yanvar-aprel aylarında əməkhaqqı fondunda daha 8,5 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.



Вернуться назад