Mədəniyyət Nazirliyi Çingiz Aytmatovun abidəsi ilə bağlı müsabiqə elan edib
5-06-2023, 11:53. Разместил: heqiqet
Nazirlikdən bildirilib ki, müsabiqə iyunun 15–dən iyulun 31-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, avqustun 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Вернуться назад