FHN əməliyyat görüntüləri yayıb
5-06-2023, 11:58. Разместил: heqiqet
Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən Nardaran qəsəbəsi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Вернуться назад