Gəncədəki Sosial Xidmət Müəssisəsində olan yanğın söndürülüb
8-06-2023, 08:20. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Bina yanğından mühafizə olunub.
Вернуться назад