DataLife Engine > hadise > Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb


14-07-2023, 11:20. Разместил: heqiqet Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.
Qurumdan verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.
"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - deyə məlumatda qeyd olunub.

Вернуться назад