ÜST istilərlə əlaqədar səhiyyə sisteminin yükünün əhəmiyyətli dərəcədə artdığını açıqlayıb
20-07-2023, 09:32. Разместил: heqiqet
Bunu mətbuat konfransı zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Həddindən artıq isti hava səhiyyə sistemlərinə təzyiqi artırır", - deyə o bildirib.
Onun sözlərinə görə, isti hava tez-tez əvvəldən mövcud olan sağlamlıq problemlərini gücləndirir və vaxtından əvvəl ölümə və əlilliyə səbəb olur. O qeyd edib ki, belə hava şəraiti ən böyük təhlükəni qocalar, uşaqlar, yoxsullar üçün yaradır.
Qebreyesus bildirib ki, ÜST anomal istilərlə üzləşən ölkələrə dəstək vermək üçün Ümumdünya Meteorologiya Təşkilatı ilə birgə işləyir.
Вернуться назад