İranda terror aktı nəticəsində dörd polis işçisi həlak olub
24-07-2023, 13:12. Разместил: heqiqet
İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.Hücum nəticəsində azı dörd polis işçisi həlak olub. Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir.
Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar.
Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib.
Вернуться назад