DataLife Engine > tehsil > Müəllimlərin işə qəbulu ilə bağlı imtahanda iştirak edənlərin vakansiya seçimi başlayır

Müəllimlərin işə qəbulu ilə bağlı imtahanda iştirak edənlərin vakansiya seçimi başlayır


26-07-2023, 08:57. Разместил: heqiqet 26 iyul saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Вернуться назад