Bakıda istirahət mərkəzindən 500 manatlıq dondurma oğurlanıb
27-07-2023, 13:40. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Вернуться назад