DataLife Engine > hadise > Mənzildən 34 minlik qızıl oğurlayan qadın ələ keçdi

Mənzildən 34 minlik qızıl oğurlayan qadın ələ keçdi


7-08-2023, 13:08. Разместил: heqiqet Bakıda mənzildən 34 min 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 min 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Вернуться назад