İrandan gətirilmiş narkotiki Gəncədə satmaq istəyən şəxs saxlanılıb
15-08-2023, 21:54. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Sərxan Nəbiyev sosisal şəbəkələr üzərindən İran vətəndaşı ilə Gəncə şəhəri ərazisində gizlədilən narkotik vasitəni götürərək şəhər ərazisində və kənarda satması barədə razılaşıb.
Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman əlindəki çantadan 17 bükümdə ümumi çəkisi 18 kq narkotik maddə olan “heroin” və aşkarlanarq götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, fakla bağlı araşdırmalar davam etdirilir.
Вернуться назад