DataLife Engine > hadise > Qanunsuz erməni silahlıları Xocavənd və Füzuli istiqamətlərində yerdəyişmə etməyə cəhd göstəriblər

Qanunsuz erməni silahlıları Xocavənd və Füzuli istiqamətlərində yerdəyişmə etməyə cəhd göstəriblər


18-08-2023, 18:05. Разместил: heqiqet Saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", məlumatda deyilir.

Вернуться назад