Dirəkdən yıxılan rabitə işçisi barədə "Aztelekom"dan AÇIQLAMA
18-08-2023, 18:06. Разместил: heqiqet
"Aztelekom"dan bildirilib ki, 18 avqust saat 09:00 radələrində Bərdə rayonu ərazisində qurumun elektrik mantyoru Bahadur Hacıyev iş vaxtı sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət etmədiyindən rabitə dirəyindən yıxılıb.
"Əməkdaşımız təcili tibbi yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb. Müvafiq tibbi müayinədən sonra əməkdaş evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır və səhhətində heç bir problem yoxdur.
Hadisə ilə əlaqədar bütün sahə əməkdaşlarımız üçün bir daha sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarının tətbiqi mövzusunda təlimatlandırılma aparılacaq", - məlumatda deyilir.
Вернуться назад